Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi-2022” keçirilir
28.11.2022 18:03

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi-2022”-yə start verib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, bu məqsədlə, ilk olaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Cəlilabad Tibb Kollecində insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısını almaq üçün maarifləndirmə aksiyaları keçirilib, müayinələr aparılıb.

 

Tədbirlərdə 350-dən artıq müəllim, tələbə və təhsil ocaqlarında texniki sahədə çalışan işçilər sağlam həyat tərzləri barədə məlumatlandırılıblar. Universitet və kollecdə tələbələrə Mərkəzin mütəxəssisləri tərəfindən xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib.

 

Tələbələri maraqlandıran suallar cavablandırılıb, pulsuz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb. Eyni zamanda, təhsil müəssisələrində tələbələrə İİV/QİÇS-ə aid broşürlər, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.

 

Xatırladaq ki, “Avropa İİV-ə testləşmə həftəsi” kütləvi maarifləndirmə tədbiri kimi, hər il 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində - noyabrın son həftəsində qeyd edilir. RQMM bu təşəbbüsə kollektiv şəkildə qoşulur. “Avropa İİV-ə testləşmə həftəsi” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Birləşmiş Millətlər Təşkilatının İİV/QİÇS (UNEYDS) üzrə Birləşmiş proqramının birgə təşəbbüsü ilə keçirilən kampaniyadır. Bu həftə ərzində ÜST-nin Avropa regionunun bütün ölkələrində kütləvi maarifləndirmə və İİV-ə testləşmə aksiyaları təşkil olunur. Aksiyaların məqsədi regionda daha çox insanın İİV infeksiyasına münasibətdə özünün statusu barədə öyrənə bilməsi və bu xəstəliyin diaqnostikasında gecikmə probleminin minimuma endirilməsidir. Strateji planda “Avropa İİV-ə testləşmə həftəsi” erkən diaqnostika və müalicənin başlanması hesabına virusun sonradan ötürülməsinin qarşısını almaqla İİV infeksiyası epidemiyasına son qoymaq məqsədi daşıyır.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır