Şamaxı və Qobustan Rayon Mərkəzi xəstəxanalarında endokrinoloji xidmətin keyfiyyətinin təşkilinə nəzarət olunub
28.11.2022 15:56

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə regionlarda endokrinoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, təşkilinə nəzarət məqsədilə Şamaxı və Qobustan şəhərlərinə səfər təşkil edilib.

 

Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, səfər çərçivəsində TƏBİB-in Multidisiplinar tibbi xidmətin təşkili şöbəsinin əməkdaşları və Respublika Endokrinoloji Mərkəzinin həkim-mütəxəssisləri tərəfindən rayon mərkəzi xəstəxanalarında endokrinoloji kabinetlərin fəaliyyətinin, xəstələrə təşkil edilən tibbi xidmətinin ümumi dəyərləndirilməsi, həmçinin mürəkkəb, ağır xəstələrin qəbulu, onlara konsultativ-diaqnostik yardımların təşkili icra edilib.

 

Endokrinoloqlar və müxtəlif ixtisaslı mütəxəssislərə şəkərli diabetin fəsadları, müasir müalicə üsulları, insulin analoqlarının istifadəsi haqqında mühazirələr oxunub.

 

Eyni zamanda, Şamaxı və Qobustan şəhərinin ümumtəhsil məktəblərində uşaqlar arasında endokrinoloji patologiyaların erkən aşkarlanması məqsədilə skrininq, qeydiyyata alınma, müalicə prosesinə cəlbolunma təmin edilib.

 

Müəllif: Səadət Məmmədova

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib