Saakaşvilinin bədənində daha bir zəhərli maddə aşkarlanıb
28.11.2022 15:03

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvilinin bədənində daha bir zəhərli maddə aşkarlanıb.

 

Aztibb.az-ın məlumatına görə, APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı onun vəkili Şalva Xaçapuridze yayıb. Bildirib ki, dırnaq analizinin cavabı hələki açıqlanmayıb, lakin telefon danışığı zamanı daha bir zəhərli maddə - arsenium aşkarlandığı bildirilib.

 

Toksikoloji analizlərin yekun cavabının ABŞ-dan göndəriləcəyi bildirilib. Gürcüstanın insan haqları müvəkkili (Ombudsman) Nino Lomcaria da bu gün Mixeil Saakaşvilini Tbilisidə müalicə aldığı klinikada ziyarət edib. O, jurnalistlərə açıqlamasında Saakaşvilinin səhhətindəki problemlərlə şəxsən tanış olmaq istədiyini qeyd edib.

 

Qeyd edək ki, daha əvvəl Saakaşvilinin saç nümunələrinin analizi zamanı civə, barium və bismut kimi zərərli maddələrin aşkarlandığı açıqlanıb.

 

Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili bu gün dövlət sərhədini qanunsuz keçmək ittihamı ilə məhkəməm qarşısına çıxarılacaq. Onun səhhətindəki problemlərlə əlaqədar hərəkət etməkdə çətinlik çəkdiyi, bu səbəbdən məhkəmə zalına əlil arabasında gətiriləcəyi bildirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib