Son bir ayda Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə 1001 nəfər müraciət edib
28.11.2022 11:48
Son bir ayda icbari tibbi sığorta çərçivəsində Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə 1001 nəfər müraciət edib. Müraciətlərdən 89 nəfər stasionar, 912 nəfər isə ambulator müalicə alıb.
 
Bu barədə Aztibb.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
 
Bildirilib ki, Yoluxucu xəstəliklər şöbəsi Mərkəzin VII korpusunun II mərtəbəsində yerləşir və 44 çarpayı ilə təchiz edilib. Şöbədə 10 həkim, 12 tibb bacısı və 14 xadimə olmaqla 36 nəfərdən ibarət tibb personalı xidmət göstərir.
 
Şöbədə bütün növ infeksion xəstəliklər üzrə ambulator və stasionar qaydada tibbi xidmət göstərilir. Həkimlər tərəfindən xəstəliklərin müasir tibbi yanaşmalarla müayinə diaqnostikası və müalicəsi həyata keçirilir.
 
Yoluxucu xəstəliklər şöbəsində infeksion hepatitlər (A, B və C virus hepatiti), dəri və yumşaq toxumaların infeksiyaları (qızıl yel, erizipel, qarayara, qazlı qanqrena, diabetik yaralar), sümük və oynaq infeksiyaları (osteomielit, septik artritlər, protez infeksiyaları), mərkəzi sinir sisteminin infeksiyaları (meningit, ensefalit, kəllədaxili abseslər), üst və alt tənəffüs sisteminin infeksiyaları (tonzillit, faringit, sinuzit, kəskin respirator xəstəliklər, pnevmoniyalar), mədə-bağırsaq sisteminin infeksiyaları (gastroenteritlər, qida infeksiyaları), sidik-cinsiyyət sisteminin infeksiyaları (pielonefrit, uretrit, sistit, vaginit, vaginal kandidioz), zoonoz və parazitar infeksiyalar (brusellyoz, tularemiya, leismanioz, exinokokkoz, amöbioz və d.), qurd xəstəlikləri (askaridoz, enterobioz, lamblioz və s.), tetanus, quduz xəstəliyi, qan dövranı sistemi infeksiyaları (endokardıt, septisemiya), səbəbi bilinməyən qızdırmalar, infeksion mononukleoz kimi xəstəliklərin müayinə və müalicəsi aparılır.
 
Məlumat üçün bildirək ki, digər şöbələrdə olduğu kimi, burada da xəstəliklərin müayinəsi və müalicəsi ilə bağlı xidmətlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfində mövcuddur. Bu xidmətlərdən hər bir ölkə vətəndaşı ödənişsiz şəkildə yararlana bilər.
 
Müəllif: Səadət Məmmədova
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib