Bir həkim olaraq, belə bir çətin gündə Vətənə xidmət etməkdən qürur duyaram - Birlik sədri
28.09.2020 21:00

Azərbaycan Ordusunda, eləcə də bütün Azərbaycan xalqında yüksək döyüş əzmi var və hər kəs torpaqlarımızın erməni işğalından azad edilməsi üçün əlindən gələni etməyə hazırdır.

 

Aztibb.az xəbər verir ki, bunu Trend-ə "Sağlamlığın Qorunması" İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.


Onun sözlərinə görə, bir həkim olaraq, belə bir çətin gündə Vətənə xidmət etməkdən qürur hissi duyar:

 

"Mən, eləcə də həkim dostlarım torpaqlarımızın erməni işğalından azad edilməsinə töhfə verməyə hazırıq. Bunun üçün nə lazımdırsa, edəcəyik. Biz birlikdə güclüyük, ona görə də bu günlərdə vəzifəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandan, Prezident İlham Əliyevin əsas güc mənbəyi olaraq, onun ətrafında birləşməlidir. Biz buna yalnız sözdə deyil, əməldə də riayət edilməsinin şahidi olduq. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin ətrafında sıx birləşib və tam qələbənin yaxında olduğuna inanır. Artıq qələbənin ilk xəbərlərini almışıq və əminik ki, bu, davam edəcək, bütün torpaqlarımız işğaldan azad ediləcək”.

 

Bu gün hər bir Azərbaycan vətəndaşının Ordumuzun gücünə inandığını deyən Y.Abdiyeva əlavə edib ki, təcavüzkar Ermənistan Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri də hədəfə alır:

 

“Bu gün Ordumuz tərəfindən işğalçıya layiqli cavab verilir. Lakin çox təəssüf ki, mülki əhali arasında da itkilər var. Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Biz bir vətəndaş və həkim olaraq, bütün bu hadisələrin arxasında deyil, önündə dayanmaqla Vətənimizə xidmət etməkdən qürur duyarıq”.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb