Şəki Rayon Mərkəzi Xəstəxanasında Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşəbbüsü ilə tibbi aksiya keçirilib
27.11.2022 14:19

Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Bu siyasəti rəhbər tutaraq Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları şəhid ailələri və qazilər üçün tibbi aksiyalar aparılmasını davam edir.

 

İnstitutdan Aztibb.az-a verilən məlumata görə, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı və təşəbbüsü ilə Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti tibbi aksiya təşkil edilib.

 

Aksiya Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Şəki İcra Hakimiyyəti, Şəki Rayon Mərkəzi Xəstəxanasının dəstəyi ilə keçirilib.

 

Tədbir zamanı Şəki rayonundan 100-dən artıq şəhid ailəsi, qazi və Vətən müharibəsi iştirakçısı tibbi müayinələrdən keçib.

 

ETKİ-nin direktoru, prof. Gülnaz Dadaşova bildirib ki, Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib və institut əməkdaşları bu aksiyaları davam etdirəcək.

 

Eyni zamanda, xəstəxananın akt zalında həkimlər üçün elmi-praktik seminar təşkil edilib.

 

Aksiya “World Medicine” dərman şirkətinin dəstəyi ilə keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib