“Sağlam olaq – Donor olaq” təbliğat-təşviqat tədbiri keçirilib
27.11.2022 08:36

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) təşkilatçılığı, həmçinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Mərkəzi Qan Bankının birgə dəstəyi ilə “Sağlam olaq – Donor olaq” təbliğat-təşviqat tədbiri keçirilib.

 

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzindən Aztibb.az-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunub.

 

Tədbirdə Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, AQDİM-in İdarə Heyətinin sədri Fuad Rəsul, qurumun sədr müavini, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, sədrin müşaviri Kamil Hüseynov, həmçinin Mərkəzi Qan Bankının həkimi Günel Əliyeva və Talassemiya Mərkəzinin həkim-hematoloqu Zemfira Mirzəyeva mövzu ətrafında məruzə ilə çıxış ediblər.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Müəllif: Səadət Məmmədova

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib