"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
27.11.2022 09:28

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir. 

 

Rubrikamızda bu dəfə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Laboratoriya şöbəsinin müdiri Zakir Cavadov haqqında məlumatları diqqətinizə çatdırırıq. 

 

Zakir Kral oğlu Cavadov 25 dekabr 1956-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub. 1964-1974-cü illərdə Xırmandalı kəndində orta məktəbi bitirib. 1977-1979-cu illərdə hərbi xidmət göstərib.

 

1979-1985-ci ildə Azərbaycan Tibb Universitetinin Sanitar Gigiyena fakültəsində təhsil alıb. Mərkəzi Klinik Xəstəxanada internatura keçib.

 

O, 1985-ci ildən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Laboratoriya şöbəsində həkim-laborant kimi fəaliyyət göstərir. Həmçinin Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Laboratoriya şöbəsinin müdiridir.

 

Zakir Cavadov hematologiya və qanköçürməyə dair elmi konfranslarda, həmçinin keçirilmiş qan aksiyalarında mütəmadi olaraq iştirak edib.

 

Müəllif: Səadət Məmmədova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib