ETPİ-də həkim rezidentlərin elmi fəaliyyətinə dəstək göstərilir
26.11.2022 14:30

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) həkim rezidentlərin elmi fəaliyyətinə dəstək məqsədilə seminar keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, seminarda ETPİ-nin direktorunun elmi işlər üzrə müavini, t.e.d.,dos. Nailə Rəhimova, elmi katib, t.ü.f.d., dos. Sevinc Nəsirova, həkim əməkdaşkar və rezidentlər iştirak ediblər.

 

Uzman pediatr Raminə Rzayeva və həkim rezident Mehriban Abdullayeva “Sidik yolu infeksiyası” mövzusunda məqalə araşdırmasını iştirakçıların diqqətinə çatdırıb.

 

Bildirilib ki, uşaqlarda sidik yolu infeksiyası tənəffüs yolu infeksiyalarından sonra ikinci ən çox rastlanan infeksiya səbəbidir. Hər yaşda görülə bilər, xüsusilə həyatın ilk bir ili, sidik yolu infeksiyaları böyrəklərdə qalıcı zədələnmələrə səbəb ola biləciyindən bu yaş ən riskli dövr təşkil edir. Böyrəklərin zədələnməsi isə gələcəkdə yüksək təzyiqə və xroniki böyrək çatışmazlığına gətirə bilər.

 

Sonda mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Müəllif: Səadət Məmmədova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib