Mərkəzi Gömrük Hospitalının həkim-immunoloqu Təranə Qonaqova - Həkimlərimizi tanıyaq!
26.11.2022 14:37

“Həkimlərimizi tanıyaq!” rubrikamızda oxuculara Mərkəzi Gömrük Hospitalının həkim-immunoloqu Təranə Qonaqovanı təqdim edirik.

 

Təranə Qonaqova tibb sahəsində immunoseroloji, allerqik, biokimyəvi, ümumi klinik laborotor müayinələrin aparılmasında fəaliyyət göstərir.

 

O, 1981-1987-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1987-1988-ci illərdə 6 saylı Uşaq Klinik Xəstəxanasında "pediatriya" ixtisası üzrə internatura keçib.

 

1989-2010-cu illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində həkim lobarant çalışıb. 2010-cu ildən Mərkəzi Gömrük Hospitalında həkim-immunoloq kimi fəaliyyət göstərir.

 

Təranə Qonaqova 1999-cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda “Kliniki laborotoriya diaqnostikasının təşkili” üzrə ixtisaslaşdırma kursunda, 2011-ci ildə Türkiyənin “Nəsil Qrup” Cəmiyyətinin təşkilatçılığı ilə “Autoimmun infeksion və allerqoloji diaqnostika” təlimində, 2015-ci ildə Rusiyanın DNK Texnologiyaları kompaniyasının təşkilatçılığı ilə keçirilən “PZR Real Vaxt; həkimlər üçün diaqnostikanın yeni imkanları” mövzusunda elmi praktik konfransda, 2019-cu il Labservis LTD-nin təşkilatçılığı ilə “Əsas Kardioloji markerlərin kliniki tətbiqi və interpretasiyası. Anti-Müller Hormonun reproduktiv potensialın müayinəsində rolu” mövzusunda seminarda iştirak edib.

 

Həkim, həmçinin Azərbaycan Milli Akkreditasiya sisteminin gücləndirilməsi” Tvinniq layihəsinin təşkilatçılığı ilə İSO 15189;2022 Tibbi laborotoriyada keyfiyyətə dair tələblər mövzusunda təlimin, Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının təşkilatçılığı ilə keçirilmiş “Süni intellektə əsaslanan mikrobiom analizi” adlı simpoziumun iştirakçısı olub.

 

Müəllif: Nərgiz Qəhrəmanova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib