TƏBİB nümayəndələri Qazaxıstanda keçirilən konfransda iştirak edib  
26.11.2022 10:51

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri Qazaxıstan Respublikasının Almatı şəhərində “BRİEF: ilkin səhiyyə xidməti səviyyəsində qeyri-infeksion xəstəliklərin risk faktorlarına qarşı inteqrasiya olunmuş qısamüddətli müdaxilələr” mövzusunda konfransda iştirak edib.

 

Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeyri-infeksion xəstəliklərlə mübarizə və profilaktika üzrə Avropa regional bürosunun, ilkin tibbi-sanitariya yardımı üzrə Avropa regional mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda mövzu ilə bağlı TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin əməkdaşları fikirlərini bölüşüblər. Onlar çıxışlarında qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflərini səsləndirib, ölkədə bu sahədə görülən işlər barədə danışıblar. Eyni zamanda, bu sahədə ÜST-nin Avropa regional bürosu ilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. 

 

Tədbirdə ilkin səhiyyə xidməti səviyyəsində qeyri-infeksion xəstəliklərin risk faktorlarına qarşı inteqrasiya olunan qısa müdaxilələri əks etdirən təlimatın təqdimatı da keçirilib.

 

Məzmun və mahiyyəti ilə yanaşı, təlimatın tibb işçiləri, o cümlədən səhiyyə idarəetməsində çalışan şəxslər tərəfindən gələcəkdə praktik istifadəsini asanlaşdıran meyarlar müzakirə olunub.

 

Konfrans zamanı qeyri-düzgün qidalanma, tütün, alkoqol, artıq çəki, zəif fiziki aktivliklə mübarizədə inteqrasiya olunmuş qısa müdaxilələr və xidmətlər, onların həyata keçirilməsinə mane olan və asanlaşdıran faktorlar ətrafında da fikir mübadiləsi aparılıb.

 

Həmçinin region ölkələrinin həkim-mütəxəssisləri, səhiyyə siyasəti sahəsində çalışanlar qısa müdaxilə proqramlarının həyata keçirilməsi təcrübəsi ilə tanış olublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb