"Təcili Yardım Sisteminin Təkmilləşdirilməsi üzrə Hibrid simpozium”un proqramı müzakirə edilib
25.11.2022 18:42

USAİD Azərbaycanın maliyyə dəstəyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsinin “Təcili Yardım Sisteminin Təkmilləşdirilməsi üzrə Hibrid simpozium”un planlaşdırılması üçün ÜST-nın nümayəndələri ilə TƏBİB-in tabeliyindəki tibb müəsisələri rəhbərləri arasında növbəti görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.


Kliniki Tibbi Mərkəzdə keçirilən görüşdə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri Halil İbrahim Durak, Hasan Odabaşı, Başak Bayram, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Analitika və statistika şöbəsinin müdiri Rəşad Çobanlı, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Yeni Klinikanın direktoru Cavid Paşayev, Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Hüseyn Emin, Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova və Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Maisə İsmayılova iştirak ediblər.

 

Görüşdə “Təcili Yardım Sisteminin Təkmilləşdirilməsi üzrə Hibrid simpozium”un proqramı müzakirə edilib. Proqram haqqında məlumat verən Halil İbrahim Durak simpoziumun hansı tibb müəsisələrində keçiriləcəyi, məqsədi, gözləntiləri və öhtəlikləri barədə görüş iştirakçılarını məlumatlandırıb. Mütəxəssis təşkil edilən simpoziumun daha çox nəzəri yox, praktiki üsullarla, mütəxəssislər tərəfindən həyata keçiriləcəyini qeyd edib.

Daha sonra tədbir iştirakçıları Kliniki Tibbi Mərkəzin yeni istifadəyə verilmiş Təcili yardım şöbəsinə baxış keçirib. İştirakçılar yeni yaradılan şöbənin tibbi təchizatı, texniki avadanlıqları, strukturu və s. ilə tanış olub.

 

Qeyd edək ki, “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilir.



Müəllif: Səadət Məmmədova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib