Səmimiyyəti və peşəkarlığı ilə seçilən Mərkəzi Gömrük Hospitalının kardioloqu - Sevinc Məmmədova
25.11.2022 09:11

“Həkimlərimizi tanıyaq!" rubrikaməzda sizlərə səmimiyyəti və peşəkarlığı ilə seçilən Mərkəzi Gömrük Hospitalının kardioloqu Sevinc Məmmədovanı təqdim edirik.

 

Sevinc Məmmədova 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində, 1999-2000-ci illərdə ATU-da internetura təhsili alıb. O, əmək fəaliyyətinə 2001-ci ildə dövlət tibb müəssisəsində kardioloq kimi başlayıb, 2012-ci ilə qədər orada çalışıb. Sevinc Məmmədova 2012-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-kardioloq kimi fəaliyyət göstərir.

 

Ölkə daxilindən və xaricindən gələn pasiyentlərin ürək-damar sisteminin müayinə və müalicə prosesində tam müsbət nəticələrin alınmasında Sevinc xanımın rolu böyükdür.

 

O, Mərkəzi Gömrük Hospitalında EKG, holter monitorinqi, fiziki yük sınağı, exokardioqrafiya, transezofagial EXO, stress exokardioqrafiya, ambulator qan təzyiqi monitorizasiyası və kardioversiya ilə ürək-damar xəstəliklərinin müalicəsini həyata keçirir. Sevinc həkim fəaliyyətində daim yeni innovasiyalarla və tibbi-mütəxəssis bacarıqları ilə pasiyentləri müalicə edir və onlara sağlamlıq bəxş edir.

 

Sevinc Məmmədova fəaliyyəti müddətində ölkəmizdə keçirilən bir çox konfranslarda, o cümlədən 2018-ci ildə Azərbaycan Kardioloqlar Cəmiyyətinin VII Milli Konqresində, 2019-cu ildə Azərbaycan Kardiologiya Cəmiyətinin VII Milli Konqresində iştirak edib. O, Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvüdür.

 

Sevinc həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

 

Ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz: https://customshospital.az/sevinc-mammadova/

 

Müəllif: Nərgiz Qəhrəmanova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb