Ümumdünya Antibiotikdən Düzgün İstifadə Həftəsinə həsr olunmuş interaktiv tədbir keçirilib
25.11.2022 09:15

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı ilə “Antibiotiklərdən sui-istifadəyə yox deyək!” mövzusunda interaktiv tədbir keçirilib.

 

İSİM-dən Aztibb.az-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə təşkil olunan tədbirin məqsədi antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanması istiqamətində maarifləndirilmənin aparılması idi.

 

ATU-nun İctimai səhiyyə fakültəsinin tələbələri, müəllimləri və dekan müavini Qalina Qəniyevanın iştirakı ilə keçən tədbiri giriş sözü ilə fakültənin Qidalanma və tibbi ekologiya kafedrasının müdiri dosent İbrahim Əhmədov açaraq bu sahədə aparılan təbliğat və təşviqat tədbirlərinin əhəmiyyətini vurğulayıb: “Ümumdünya Antibiotikdən Düzgün İstifadə Həftəsi çərçivəsində keçirilən tədbirlərin məqsədi antibiotiklərdən lüzumsuz istifadənin qarşısını almaq və onların qəbulunun yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin olunmasına nail olmaqdır”.

 

İSİM-in Təlim-resurs şöbəsinin həkim-metodisti Pərvin Quliyeva “Antibiotiklər. Miflər və həqiqətlər” mövzusunda təqdimatla çıxış edərək bildirib ki, antibiotikə qarşı davamlılığın güclənməsi qlobal sağlamlığın üzləşdiyi əsas təhlükələrdən biridir: “Dünyada təxminən hər il 700 min insan çoxsaylı dərmanlara qarşı müqavimət göstərən bakteriya ilə yoluxaraq dünyasını dəyişir. Onlardan 33 mini yalnız Avropa Birliyinin payına düşür. Mikrob əleyhinə müqavimətlə mübarizə üçün “Bir Sağlamlıq” yanaşması qəbul edilib. Bu, regionda və dünyada antibiotiklərlə bağlı real inkişafa nail olmaq üçün yeganə üsul hesab edilir. “Bir Sağlamlıq” yanaşmasına əsasən, insan və heyvan sağlamlığı, eləcə də ətraf mühit bir-biri ilə sıx əlaqədədir”.

 

Tədbir “Antibiotiklər barədə maraqlı məlumatlar” mövzusunda interaktiv oyunla davam edib. Tələbələr antibiotiklərin düzgün istifadəsi ilə bağlı sualları cavablandıraraq mövzuya dair geniş məlumat əldə ediblər.

 

Yekunda qaliblərə və iştirakçılara xatirə hədiyyələri və maarifləndirici materiallar təqdim olunub.

 

Müəllif: Səadət Məmmədova

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib