ATU nümayəndəsi İzmir Diş Həkimləri Birliyinin Elmi Konqresində iştirak edib
24.11.2022 15:18

Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq stomatologiyası kafedrasının assistenti Sevinc Nağıyeva İzmir Diş Həkimləri Birliyinin Elmi Konqresində iştirak edib. 


Aztibb.az ATU-ya istinadla bildirir ki, əvvəlki illərdə konqresin Elmi Komitəsinin üzvü olan S.Nağıyeva bu il məruzəçi kimi dəvət alıb. O, tədbirdə “Tip 1 diabetli uşaqlarda diş əti xəstəliklərinin diaqnozu və müalicəsi” mövzusunda məruzə ilə çıxış edib. 

 

Məruzəçi yaşadığımız dövrün ən qlobal xəstəliklərindən biri olan diabetə uşaqlarda da çox rast gəlindiyini və bu xəstəliyin həzm sisteminin bir hissəsi olan ağız boşluğunda da fəsadlar törədərək dişlərin vaxtsiz itirilməsinə səbəb olduğunu diqqətə çatdırıb. S.Nağıyeva türkiyəli mütəxəssislərlə fikir mübadiləsi aparıb, ATU-dakı tədris prosesi haqda məlumat verib.

 

Qeyd edək ki, 29-cu Beynəlxalq Diş Həkimləri Konqresində 1100 həkim və 250 tələbə bir araya gəlib. Tədbir çərçivəsində praktik həkimlər üçün önəm daşıyan tibbi və stomatoloji materialların ənənəvi satış sərgisi də təşkil olunub.

 

Müəllif: Səadət Məmmədova

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib