TƏBİB-in əməkdaşı dünya çempionatında bürünc medal qazanıb
24.11.2022 14:23

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən ciu-citsu üzrə növbəti dünya çempionatında TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sürücüsü olan Emil Qurbanov bürünc medal qazanıb.

Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, 62 ölkədən 400-dən çox idmançının mübarizə apardığı çempionatda Azərbaycan atletləri də yarışıb. Yığma komandanın heyətində yer alan Emil Qurbanov Mərakeş, İran və Yunanıstan idmançılarına qalib gələrək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Əbu-Dabidə qazandığı medal Emil Qurbanovun ilk uğuru deyil. O, indiyədək ölkəmizi bir çox beynəlxalq yarışlarda təmsil edib, qələbələr qazanıb.

Dördqat dünya, üçqat Avropa çempionu olan E.Qurbanov bundan qabaq İsraildə keçirilən Avropa Çempionatında (2022) gümüş medal qazanıb.

 

Müəllif:Səadət Məmmədova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb