Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib
24.11.2022 12:30

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının dosenti Gülüstan Babayeva Ukraynada onlayn formatda keçirilən “İltihabi və funksional bağırsaq xəstəlikləri” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib. 

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, tədbir Ukrayna Səhiyyə Nazirliyi, Ukrayna Qastroenteroloqları və Diyetoloqları Assosiasiyalarının birgə təşkilatçılığı ilə baş tutub.

 

Azərbaycanlı həkim beynəlxalq konfransda xoralı kolit, Kron xəstələrində bazis terapiyasına “cavab olunmamağın” səbəblərindən birinin məhz eozinofil iltihabının mövcudluğu və onun iltihabi bağırsaq xəstəliyi zamanı diaqnozun verifikasiyası, xəstəliyin aktivliyinin qiymətləndirilməsinə təsiri və konservativ terapiyanın monitorinqində istifadə üçün yeni laborator markerin yeri və rolu haqqında danışıb. 

 

Məruzədən sonra iştirakçıların sualları cavablandırılıb.

 

Müəllif: Zamiq İbrahimov

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib