Şəkərli diabet tip 2-də farmokoterapiyanın tətbiqinə dair seminar keçirilib
24.11.2022 09:27

Sumqayıt Tibb Mərkəzində (STM) "Şəkərli diabet tip 2-də farmokoterapiyanın başlanılması və davam edilməsi" mövzusunda seminar keçirilib.

 

STM-dən Aztibb.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (DHTİ) Terapiya kafedrasının müdiri, professor Valeh Mirzəzadə sözügedən mövzuda təqdimatla çıxış edib.


V.Mirzəzadə şəkərli diabet xəstəliyini yaradan səbəblər, əlamətləri, müayinə və müalicə üsulları barəsində geniş məlumat verib.

 

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, tibbin müxtəlif sahələrini əhatə edən bu kimi seminarlar ixtisaslı həkimlərin bilik və bacarıqlarını artırmaq üçün mütəmadi olaraq davam etdiriləcək.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib