“Siqareti yox, sağlamlığı seç” mövzusunda maarifləndirici tədbir keçirilib
22.11.2022 15:35

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 22 noyabr 2022-ci ildə Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksində “Siqareti yox, sağlamlığı seç” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

İSİM-dən Aztibb.az-a bildirilib ki, məqsəd gənc nəsil arasında sağlam həyat tərzini təbliğ etmək, tütünçəkmə, o cümlədən digər zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirlərindən söz açmaq idi.

 

Mərkəzin İctimai sağlamlıq şöbəsinin əməkdaşı Nərmin Azadova təqdimatla çıxış edərək sağlam həyat tərzinin üstünlüyü, tütünçəkmənin fəsadları barədə ətraflı məlumat verib.

 

İSİM-in Təlim-resurs şöbəsinin əməkdaşı Aysel Məmmədzadə təhlükəli statistikanı iştirakçıların nəzərinə çatdırıb: “Tütünçəkmənin təsiri nəticəsində hər il 8 milyon insan həyatını itirir, onların 1 milyonu paasiv tütünçəkmənin qurbanlarıdır”.

 

Tədbirdə zərərli vərdişlərin həm sağlamlıq, həm də ətraf mühit üçün mənfi təsir göstərdiyi və zərərli vərdişlərdən uzaq olmağın vacibvliyi bir daha vurğulanıb.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici materiallar təqdim olunub.

 

Müəllif: Nərgiz Qəhrəmanova

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib