Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi təlim kursunda iştirak edib
21.11.2022 17:23

14-18 noyabr 2022-ci il tarixlərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə Azərbaycanda ictimai səhiyyə mütəxəssislərinin təkmilləşdirilməsinə dəstək məqsədilə həyata keçirilmiş "İcma yönümlü sağlamlıq xidməti (İYSX)" təlim kursunda iştirak edib.

 

Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, təlim USAID tərəfindən maliyyələşdirilən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən birgə həyata keçirilən "Azərbaycanda pandemiyaya cavab tədbirləri" layihəsi çərçivəsində baş tutub.

 

Qeyd edək ki, İYSX icmanın xüsusiyyətlərini nəzərə almaqla və icma üzvlərinin fəal iştirakı ilə xəstəliklərin qarşısının alınması və sağlam həyat tərzinin təbliği ilə bağlı müxtəlif qurumların əməkdaşlığını nəzərdə tutur.

 

Təlim kursunda "Azərbaycanda pandemiyaya cavab tədbirləri" layihəsi çərçivəsində ölkəmizdə ictimai səhiyyənin xidmət, təhsil və tədqiqat sahələrində töhfə verməsi planlaşdırılan, müxtəlif səhiyyə müəssisələrində fəaliyyət göstərən seçilmiş potensial qrup üzvləri iştirak edib. Təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Təlimlərin nəzəri hissəsində icma yönümlü sağlamlıq xidmətinin inkişaf tarixi, bu sahədə fəaliyyətin planlaşdırılması və qiymətləndirilməsi mövzuları barədə təqdimatlar dinlənilib.

 

Təlim kursunun praktiki hissəsində isə Hövsan ərazisinə səfər keçirilərək orada İYSX-nin təşkili ilə bağlı ümumi məlumat və müşahidə həyata keçirilib. Qrup işləri və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəkildə həyata keçirilmiş təlim kursunda ÜST-nin ekspertləri Bülent Kılıç, Belgin Ünal, Kevser Vatansever, Elif Dönmez və Öykü Turunç təlimçi qismində iştirak ediblər. Təlim kursu sertifikarların təqdim edilməsi və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

 

Müəllif: Səadət Məmmədova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib