Uqandada 3 fərqli Ebola peyvəndinin sınaqları başlayır  
20.11.2022 17:21

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyanın müşahidə olunduğu Uqandada Ebola virusuna qarşı hazırlanmış 3 fərqli peyvəndin sınaqlarına başlanacağını açıqlayıb.

 

Aztibb.az xəbər verir ki, ÜST-nin baş katibi Tedros Adhanom Qebreyesus G20 Liderlər Zirvəsi zamanı, ekspertlər komitəsinin 3 peyvəndin sınaqlarına başlamaq qərarına gəldiyini bildirib. Uqanda səhiyyə rəsmilərinin təklifi qəbul etdiyini qeyd edən Qebreyesus, peyvəndlərin gələn həftə ölkəyə göndəriləcəyini bildirib. Uqanda Səhiyyə Nazirliyi sınaqdan keçiriləcək peyvəndlər dən 2-nin İngiltərədə istehsal edilən Oksford peyvəndi və ABŞ-da istehsal edilən SAB-ın peyvəndi olduğunu açıqlamışdı.

 

Uqandada indiyədək epidemiyadan 55 nəfər ölüb. Ebola virusu ilk dəfə bu il sentyabrın 19-da Uqandada 24 yaşlı bir şəxsdə aşkarlanmışdı. Bir növ hemorragik qızdırmaya səbəb olan Ebola ilk dəfə 1976-cı ildə Sudanın Nzara və Konqo Demokratik Respublikasının Yambuku şəhərlərində eyni vaxtda yayılmışdı.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib