Cərrahiyyənin aktual problemlərinə həsr olunmuş regional konfrans keçirilib
19.11.2022 23:09
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi PHŞ-in təşkilatçılığı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-də cərrahiyyənin aktual problemlərinə həsr olunmuş regional elmi-praktik konfrans keçirilib.
 
Konfransı giriş nitqi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Ağabala Kəlbiyev açaraq tədbir iştirakçılarını salamlayıb.
 
Tədbirdə öd yolları zədələnmələrinin səbəbləri, profilaktikası və müalicəsi, ürəyin birincili şişləri, həzm sisteminin yuxarı şöbəsinin qeyri varikoz mənşəli qanaxmalarının diaqnostika və müalicəsinə müasir yanaşma tərzi, düyünlü və çox düyünlü urlar zamanı trieoidektomiyanın aparılması, praktoloji əməliyyatlar zamanı diod lazerin tətbiqi, cərrahi xəstələrdə tramboz və tramboemboliyaların profilaktikası, təhlükəsiz xolesistektamiya və müasir cərrahiyə metodlarından bəhs olunub.
 
Elmi-praktik konfransda yaxın rayon mərkəzi xəstəxanalarının cərrah, anestizioloq-reanimatoloq və qastroenteroloqları iştirak ediblər.
 
Sonda Elmi Cərrahiyyə Mərkəzi və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim heyətinin iştirakı ilə xəstələrin müayinəsi aparılıb, tibbi xidmətlər göstərilib.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib