Fiziologiya İnstitutunda illik hesabatlar davam edir        
18.11.2022 17:08

AR Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda fəaliyyət göstərən daha iki laboratoriya 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqda institutun Elmi şurası qarşısında hesabat verib.

 

İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın sədrliyi altında keçən iclasda Qocalmanın fiziologiyası (laboratoriya rəhbəri b.ü.f.d. Çingiz Qasımov) və İmmunofiziologiya və eksperimental transplantologiya (laboratoriya rəhbəri, t.ü.f.d. Rəşad Şolan) laboratoriyalarında 2022-ci ildə görülən işlər haqqında məruzələr edilib.

 

Hər iki məruzə zamanı laboratoriyanın cari ildə apardıqları elmi tədqiqat işləri və alınan nəticələr, nəşriyyat fəaliyyəti, elmi forumlarda iştirak və çıxışlar, kadr hazırlığı, elmi əlaqələr və əməkdaşlıq haqqında ətraflı məlumat verilib, hesabatlar ətrafında geniş müzakirələr aparılıb, təkliflər dinlənilib.

 

Müzakirələrdə iştirak edən şura üzvləri laboratoriyaların cari ildə gördükləri işləri yüksək qiymətləndirib, hesabatların qəbul edilməsini təklif ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib