Könüllü gömrükçülər Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində fəaliyyətə başlayıb
17.11.2022 15:56

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılan 8-ci “Könüllü gömrükçü” dəstəsinin 8 üzvü 3 ay müddətində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin müvafiq şöbə və bölmələrində fəaliyyətə başlayıb.

 

Bununla əlaqədar olaraq 17 noyabr 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində çalışacaq könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib.

 

Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin rəisi Minurə Ağayeva və könüllü gömrükçülər iştirak ediblər.

 

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım könüllü gömrükçüləri təbrik edib. O, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin fəaliyyəti, şöbə və bölmələrin iş pirinsipləri barədə məlumatlandırıb, onların bilik və bacarıqlarının artırılması, potensialının üzə çıxarılması istiqamətində bütün zəruri addımların atılacağını və lazımi dəstəyin göstəriləcəyini bildirib.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib