Sumqayıt Perinatal Mərkəzdə Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü qeyd edilib
17.11.2022 14:47

Sumqayıt Tibb Mərkəzinin (STM) Perinatal Mərkəzində 17 Noyabr - Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü qeyd edilib.

 

STM-dən Aztibb.az-a bildirilib ki, Perinatal Mərkəzdə perinatal xidmətin konsepsiyasına uyğun olaraq hamiləliyin patologiya şöbəsi, neonatal reanimasiya və intensiv terapiya bölümü, yarımçıq və xəstə yenidoğulmuşlar şöbəsi, katamnestik izləm xidməti fəaliyyət göstərir.

 

Sumqayıt və ətraf regionlardan olan pasiyentlərə perinatal xidmət göstərilir. İcbari Tibbi Sığortanın tətbiq edilməsi tibbin bütün sahələri kimi perinatal xidmətin qarşısında da böyük imkanlar yaradır.

 

Sumqayıt Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəblinin adından səmərəli əmək fəaliyyətinə görə mərkəzin bir qrup əməkdaşı Fəxri fərmanla təltif edilib.

 

Qeyd edək ki, 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə noyabrın 17-də Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü təsis edilib. Hər il planetdə təxminən 15 milyon uşaq vaxtından qabaq doğulur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib