Qazaxıstanda Avropa regionu ölkələrinin iştirakı ilə tədbir keçirilib
16.11.2022 17:20
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun dəstəyi ilə Qazaxıstanın Almatı şəhərində “BRİEF: ilkin səhiyyə xidməti səviyyəsində qeyri-infeksion xəstəliklərin risk faktorlarına qarşı inteqrasiya olunmuş qısa müdaxilələr” təlimatının təqdimatı üzrə tədbir keçirilib.
 
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Məkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndəsi Ceyran Abdullayeva tədbirdə iştrak ediblər.
 
ÜST-nin Avropa regionunda qeyri-infeksion xəstəliklərin (QİX) ölüm və əlilliyin əsas səbəbi olduğunu və bütün dünyada əhalinin sağlamlığı üçün əhəmiyyətli təhlükə yaratdığını nəzərə alaraq keçirilən tədbirin əsas məqsədi regionda sağlamlıq üçün əsas təhdid yaradan tütün və alkoqol istifadəsini azaltmaq, fiziki aktivliyi artırmaq üçün effektiv müdaxilələr tətbiq etmək istiqamətində tədbirlər görmək, həmçinin əhali arasında artıq çəki, piylənməyə nəzarət, sağlam qidalanmaqla bağlı məlumatlılığın artırılması ilə bağlı inteqrasiya olunmuş əlverişli mühit yaratmaqdır.
 
Region ölkələrin ilkin səhiyyə mütəxəssislərinin, səhiyyə rəhbərlərinin, ekspert və peşəkar təşkilatların nümayəndələrinin iştrakı ilə keçirilən ikigünlük tədbir müddətində nümayəndələr QİX-in risk faktorları, əhalinin sağlamlığının qorunmasında vacib addımlarla yanaşı, qısa müdaxilələrə dair inteqrasiya olunmuş təlimatlar və praktik məlumatlar əldə ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib