Azərbaycanda yaradılmış ilk İnsult Mərkəzinin xidmətindən 288 xəstə yararlanıb  
16.11.2022 16:28

Ötən il Azərbaycanda yaradılmış ilk İnsult Mərkəzinin xidmətindən 288 xəstə yararlanıb. Onların əksəriyyəti işemik insultdan əziyyət çəkən insanlar olub.

 

Bu barədə Səhiyyə Nazirliyinin instaqram səhifəsində canlı yayımda olan “Bakı” Sağlamlıq Mərkəzinin İnsult və invaziv nevrologiya bölümünün rəhbəri, nazirliyin mütəxəssis-eksperti, nevroloq Pərvin Allahyarova məlumat verib.

 

P.Allahyarova bildirib ki, mərkəz nazirliyin müvafiq əmri ilə pilot layihə kimi yaradılıb və burada insult xəstəliyindən əziyyət çəkən xəstələrə müasir tibbin standartlarına uyğun xidmət göstərilir: “Layihənin icrasına dünya miqyasında tanınmış nevroloq olan iki beynəlxalq mütəxəssis-ekspert cəlb olunub. Ekspertlərdən biri nevroloq, insult üzrə mütəxəssis Zaza Katsarava, digər isə Danimarkanın Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin prezidenti Məsud Aşinadır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib