AQTA ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müvafiq qurumlarının əməkdaşları arasında görüş keçirilib  
16.11.2022 12:35

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin müvafiq qurumlarının əməkdaşları arasında onlayn görüş keçirilib.

 

Görüşdə iştirakçılara agentliyin fəaliyyət istiqamətləri, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər, tətbiq olunan yeniliklər barədə geniş məlumat verilib.

 

Agentlikdən verilən məlumata görə, İƏT-yə üzv ölkələr arasında heyvan sağlamlığı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, dövri fəaliyyət planı, İƏT-in baytarlıq komissiyasının (ECO-VECO) nizamnaməsi və transsərhəd heyvan xəstəliklərinin epizootik vəziyyətinə dair məsələlər müzakirə edilib.

 

Görüş zamanı ölkəmizdə qida təhlükəsizliyi sisteminin formalaşdığı, xəstəlikdən azad zonanın yaradıldığı, ixrac potensialının artırılmasının təşviq olunduğu qeyd olunub. Eyni zamanda İƏT-də təmsil olunan ölkələrin hazırda heyvan və heyvan mənşəli məhsulların ticarətinin aparılması üçün çox böyük potensiala malik olduğu bildirilib. Qeyd edilib ki, üzv ölkələr arasında ticarətin aparılmasına maneələrin bir hissəsi regional baytarlıq infrastrukturunun uyğun olmaması və transsərhəd heyvan xəstəliklərinə nəzarətin icrasındakı çətinliklərlə bağlıdır.

 

Görüşdə İƏT-nin regional tədbirinin təşkilatın nüfuzunun artmasına, baytarlıq sahəsi üzrə informasiya yayımının genişlənməsinə və çoxtərəfli əlaqələrin yaxşılaşmasına müsbət təsir edəcəyi bildirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib