Planetin səkkiz milyardıncı sakini Dominikan Respublikasında dünyaya gəlib  
16.11.2022 10:31

Noyabrın 15-də planetin səkkiz milyardıncı sakini dünyaya gəlib.

 

Aztibb.az www.agenzianova.com-a istinadən xəbər verir ki, Damian adlı körpə Dominikan Respublikasının paytaxtı Santo Dominqoda (Nuestra Senora de la Altagrasiya) doğulub. Bununla da BMT simvolik olaraq bəşəriyyətin artıq səkkiz milyard əhaliyə çatdığını qeyd edir.

 

BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, noyabrın ortalarına qədər dünya əhalisinin sayı səkkiz milyard nəfərə çatıb ki, bu da qidalanma, ictimai səhiyyə və sanitariya sahələrində elmi nailiyyətlər və təkmilləşdirmələrdən xəbər verir. Bununla yanaşı, milyardlarla insan ciddi çətinlik çəkir, yüz milyonlarla insan ac qalır. Görünməmiş sayda insan hərəkətdədir, borc, itkilər, müharibələr və iqlim fəlakətlərini aradan qaldırmaq üçün çalışır və fürsət axtarır.

 

Dominikan Respublikasının Milli Statistika İdarəsinin məlumatına görə, 2020-ci ildə ölkə əhalisinin sayı 10,8 milyon nəfər təşkil edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib