Bakıda yeni doğulan körpənin ölümü ilə bağlı cinayət işi başlanılıb
15.11.2022 16:00

Bakıda körpənin ehtiyatsızlıqdan öldürülməsi ilə bağlı cinayət işi başlanılıb.

 

Bu barədə Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, bu il iyulun 26-da “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu” Publik Hüquqi Şəxsin Doğum şöbəsində anadan olmuş uşağın ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılıb.

 

Araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım göstərilsə də, yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına səbəb olan infeksion yoluxma baş vermiş və nəticədə uşaq ölüb.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib