Ebola epidemiyasına görə məktəblər erkən bağlanacaq  
14.11.2022 16:25

Uqanda səhiyyə naziri Dr. Rut Aceng, Ebola epidemiyasının yayılmasını azaltmaq üçün məktəblərin üçüncü dövrünü erkən bağlamaq qərarına gəldiklərini açıqlayıb.

 

Aztibb.az xəbər verir ki, aralıq tətilinin nə vaxt başlayacağı ilə bağlı açıqlama verilməsə də, imtahanları başa vuran məktəblərin şagirdləri evə göndərməyə başladığı qeyd edilib. Şagirdlərə hesabat vərəqələrinin daha sonra veriləcəyi bildirilib. Uqandada məktəblərin üçüncü semestri normal olaraq dekabrın ikinci həftəsində bağlanır. Lakin Dr. Aceng Təhsil Nazirliyinə zəng edərək epidemiya ilə mübarizə üçün məktəblərin erkən bağlanmasını istəyib. Uqandada Ebola virusuna yoluxanların sayı 135-ə, ölənlərin sayı isə 53-ə yüksəlib.

 

Qeyd edək ki, Ebola virusu ilk dəfə bu il sentyabrın 19-da Uqandada 24 yaşlı bir şəxsdə aşkarlanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib