COVID-19-a yoluxmuş 800 sərnişini olan gəmi Avstraliyaya yanaşıb  
13.11.2022 15:41

Yeni Zelandiyaya səfəri zamanı 800 sərnişində koronavirus testi müsbət çıxan "Majestic Princess" gəmisi Avstraliyanın Sidney limanında lövbər salıb.

 

Aztibb.az xəbər verir ki, təxminən 800 sərnişini COVID-19 daşıyan gəmi Avstraliyanın Sidney limanına yanaşıb. Gəminin bağlı olduğu "Carnival Australia"dan əldə edilən məlumata görə, 4 min 600 sərnişin və ekipajla Yeni Zelandiyadan 12 günlük səyahətdən qayıdan "Majestic Princess" gəmisindəki sərnişinlərin təxminən 20 faizində COVID-19 simptomları aşkar edilib. Müayinə olunan sərnişinlərdən 800-nün COVID-19-a yoluxduğu müəyyən edilib. Müsbət nəticə verən sərnişinlərin isə səyahət zamanı kabinələrində təcrid olunduğu öyrənildi.

 

Şirkət direktoru Marguerite Fitzgerald verdiyi açıqlamada: "12 günlük səyahətin təxminən yarısında çox sayda hal aşkar edilməyə başladı, bütün hallar ya asemptomatik, ya da yüngül simptomları olanlardır", - deyib. Avstraliyanın dövlət orqanları, testi müsbət çıxan sərnişinlərə gəmi yanaşdıqdan sonra enməyə icazə verdi. Sərnişinlərdən isə ictimai nəqliyyatdan istifadə etməmələri xahiş olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib