“Erkən diaqnoz sağlamlığın yoludur” mövzusunda seminar keçirilib
12.11.2022 19:12

Noyabrın 12-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Sağlamlığın Qorunması” İctimai Birliyi, “Azərbaycan Endoskopik Laparoskopik Cərrahi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Erkən diaqnoz sağlamlığın yoludur” mövzusunda seminar keçirilib.

 

Tədbirdə “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva son illər dünyada, eləcə də ölkəmizdə qəfil ölümlərə rastgəlmə tezliyinin artdığını, bunun əsas səbəbinin patologiyaların vaxtında aşkarlanıb müalicə edilməməsi olduğunu bildirib. Qeyd edib ki, qəfil ölüm hallarının ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləridir. Təəssüf ki, vətəndaşlar nəinki ildə ən azı bir dəfə müayinədən keçmirlər, hətta sağlamlıqlarında baş verən dəyişikliklərə biganə yanaşırlar.

 

Onun sözlərinə görə, qəfil ölüm hallarının cavanlaşması, son zamanlar gənclər arasında müşahidə olunması isə ciddi narahatlıq doğurur. Odur ki, burada əhalinin vaxtlı-vaxtında müayinəyə cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Bunun üçün isə maarifləndirmənin rolu əvəzsizdir. Ölkəmizdə xüsusilə də regionlarda belə tədbirlərin davamlı keçirilməsi ilə irəliləyişə nail ola bilərik.

 

Tədbirdə çıxış edən "Olimp Hospitalı"nın direktoru, qastroenteroloq-hepatoloq Aqil Ağakişiyev, “Azərbaycan Endoskopik Laparoskopik Cərrahi Assosiasiyası” İctimai Birliyinin sədri, tibb elmləri doktoru Müşviq Həsənov, “YAŞAM” Tibb Mərkəzinin kardioloqu Nurəddin Əhədov, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun elmi katibi, tibb üzrə fəlsəfə doktoru Təranə Cavadova erkən diaqnostika və doğru müalicənin xərçəng, qaraciyər serozu kimi çarəsiz bilinən xəstəliklərin qarşısını almağa kömək etdiyini bildiriblər.

 

Qeyd olunub ki, erkən diaqnostikadan keçməklə ürək-damar xəstəlikləri kimi qəfil ölümlərə səbəb olan xəstəliklərlə effektiv mübarizə aparmaqla yanaşı, onları yaradan amillərdən uzaq durmaq barədə məlumatlanmaq da mümkündür.

 

Çıxış edənlər Azərbaycanda səhiyyənin istər özəl, istərsə də dövlət səviyyəsində xeyli inkişaf etdiyini diqqətə çatdırıb, icbari tibbi sığortanın tətbiqinin, maliyyə problemi olan insanların dövlət qayğısı ilə əhatə olunmasının erkən diaqnostikada əhəmiyyətindən bəhs ediblər. Vətəndaşlar icbari tibbi sığortadan yararlanıb vaxtında həkimə müraciət edə biləcəklər ki, bu da xəstəliklərin erkən aşkarlanmasında böyük rola malikdir.

 

Çıxışlar zamanı, həmçinin xəstələrin həyat keyfiyyətinin yüksəldilməsi, xəstəliklərin erkən aşkarlanmasında həkimlərin rolundan danışılıb, onların xəstənin şikayətlərinə düzgün yanaşmaları, xəstəliyə diaqnoz qoymaları üçün lazım olan bütün üsullardan istifadə etməli olduqları vurğulanıb. Diqqətə çatdırılıb ki, bunun üçün həkimlər elmi-texniki imkanlardan istifadə etməli və onlar üçün yazılmış elmi protokollara əməl etməlidirlər.

 

Tədbir zamanı “Azərbaycan Endoskopik Laparoskopik Cərrahi Assosiasiyası” İctimai Birliyinin sədri, tibb elmləri doktoru Müşviq Həsənov, Olimp Hospitalın həkimləri Afaq Musayeva və Nəzrin Sultanlı müxtəlif xəstəliklərin, xüsusilə də kardioloji xəstəliklərin erkən diaqnostikasının vacibliyindən bəhs edən təqdimatlarla çıxış edib, mövzulara dair sualları cavablandırıblar.

 

Seminar çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmış “Erkən diaqnoz sağlamlığın yoludur” filmi nümayiş etdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib