Hormonal disfunksiyalar və əvvəllər keçirilmiş hər hansı infeksion xəstəliklər artritə səbəb ola bilər - Həkim-revmatoloq
12.11.2022 11:40

Revmatoloji xəstəliklərin ilkin əlamətlərindən biri oynağın iltihabi xəstəliyi olan artritdir. Həkim-revmatoloq Nərgiz Hüseynovanın sözlərinə görə, artrit oynaqlarda qızartı, şişkinlik, ağrı şikayəti ilə özünü göstərir və ciddi hərəkət məhdudiyyətinə səbəb olur. Zaman keçdikcə hərəkət məhdudiyyəti qalaraq fiziki qüsura gətirib çıxara bilər.

 

Hazırda revmatoloji xəstəliklərin elmə məlum olan 200-dən çox növü var. Onların bir qismində artrit olsa da, digərləri sadəcə daxili orqanların, damarların yuyulması və zədələnməsi nəticəsində baş verə bilər. Bura ağciyərlər, ürək, mədəaltı vəzi, böyrəklər, bağırsaq, gənc xanımlarda ana olmaqla əlaqədar narahatlıqlar daxildir.

 

“Revmatoloji xəstəliklərin yaşı yoxdur, yeni doğulmuşdan tutmuş ən ahıl yaşa qədər həmin diaqnozu qoymaq olur. Lakin gənclər və orta yaş qrupu həmin xəstələr arasında üstünlük təşkil edir. Hormonal disfunksiyalar, əvvəllər keçirilmiş hər hansı infeksion xəstəliklər və immun sisteminin digər problemləri həmin xəstəliyə gətirib çıxara bilər. Buğdadan hazırlanan ağ un məmulatlarının tamamilə məhdudlaşdırılması, tərəvəzlərlə daha çox qidalanmaq, duz və şəkər kimi əlavə dadlandırıcı vasitələrdən istifadə etməmək məsləhət görülür”, - deyə həkim-revmatoloq bildirib.

 

Müasir revmotologiyada artritdən yaranan əlilliyin qarşısını almaq üçün çox müasir dərman preparatları var. Vaxtında həkimə müraciət etməklə onun qarşısını almaq mümkündür. Fiziki müalicə üsulları, üzgüçülük, yürüş, pəhriz saxlamaq və zərərli vərdişlərdən uzaq olmaq xəstəliyin müalicəsində kömək edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub