"Periferik yaxmaların diaqnostikada mühüm rolu" mövzusunda seminar keçirilib
11.11.2022 16:08

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında "Periferik yaxmaların diaqnostikada mühüm rolu" mövzusunda seminar keçirilib.

 

Tədbirdə klinikanın müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, klinikanın həkimləri və rezidentləri iştirak ediblər.

 

Seminarda Klinikanın Laboratoriya şöbəsinin həkimi Elçin Şıxəliyev mövzu üzrə təqdimatla çıxış edib.

 

Həkim ilk öncə periferik yaxmaların hazırlanması qaydalarından bəhs edib. Daha sonra iştirakçılara slaydlar vasitəsilə qan hüceyrələrinin inkişaf ardıcıllıqları, periferik yaxmalarda normal və atipik hüceyrələr göstərilib.

 

E.Şıxəliyev 7 növ leykozlardan - tükhüceyrəli leykoz, kəskin promielositar leykoz, kəskin limfoblast leykoz, xroniki limfositar leykoz, kəskin mieloblast leykoz, xroniki mielositar leykoz, mieloproliferativ neoplazmalardan və eritrositopatologiyalardan anizositoz, poykilositoz, dakrositoz, akantositoz, sferositoz, hədəf hüceyrəli eritrositləri yaradan xəstəliklər barədə ətraflı məlumat verib.

Məruzəçi, həmçinin trombosit topalaşmasını periferik yaxma şəkilləri üzərində göstərərək diaqnoza nə qədər önəm daşıdığını izah edib.

 

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, E.Şıxəliyev iştirakçıların suallarını cavablandırıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib