İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları Türkiyədə "HIMSS+Eurasia" sərgisində iştirak edirlər
11.11.2022 14:57
Türkiyənin Antalya şəhərində "HIMSS+Eurasia" Səhiyyə İnformasiya və Texnologiyaları Sərgisi keçirilir.
 
Dünyanın müxtəlif ölkələrindən rəqəmsal səhiyyə sahəsində çalışan mütəxəssislərin iştirak etdiyi tədbirə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin rəhbəri Ramil Mehdiyev və İdarə rəhbərinin müavini Misirxan Sadıqzadə də qatılıblar.
 
Sərgidə rəqəmsal xəstəxana, e-səhiyyə, tibbdə innovativ texnologiyalar, süni intellektlə çalışan avadanlıqlar və digər məhsullar təqdim olunur.