Onkologiya, narkologiya, psixatriya üzrə həkimlərin əməkhaqqı ilə bağlı layihə hazırlanıb
10.11.2022 17:15

Onkologiya, narkologiya, psixatriya üzrə həkimlərin əməkhaqqı ilə bağlı layihə hazırlanaraq hökumətə təqdim olunub.

 

Aztibb.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.

 

O, qeyd edib ki, bu istiqamətlərdə regionlardan olan xəstəxanalara həkim təyinatı kifayət qədər ciddi problemdir.

 

“Bu baxımdan onların əməkhaqlarının reallığa uyğunlaşdırılması üçün layihə hazırlanaraq hökumətə təqdim olunub. Bu kifayət qədər ciddi məsələdir. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyindən xahiş edirik ki, bu məsələyə xüsusi həssaslıqla yanaşsınlar. Səbəb nədir? Bu gün özəl və dövlət müəssisələrində çalışan tibbi işçilərinin əməkhaqlarında vergitutulmalarında fərq var. Bu da Tibb Universitetinin 4 klinikası, həmçinin Bakı Sağlamlıq Mərkəzində olan təcrübəli, səriştəli həkimlərin özəl klinikalara axınına səbəb olur”, - deyə nazir müavini qeyd edib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir