"Azərbaycanda kistoz fibrozda yeni dövr" mövzusunda tədbir keçiriləcək
10.11.2022 17:02

Noyabrın 21-də saat 10:00-da JW Marriott Abseron otelində “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə "Azərbaycanda kistoz fibrozda yeni dövr" mövzusunda tədbir keçiriləcək.

 

Bu barədə Aztibb.az-a “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin sədri Səadət Bayramova məlumat verib.

 

O, bildirib ki, tədbirin təşkilində məqsəd ölkəmizdə kistoz fibrozla bağlı tibb personalının maarifləndirilməsi, bu xəstəliklə bağlı diaqnostikanın və müalicənin təşkili, həmçinin əlaqədar qurumların iştirakı ilə ölkə xaricindən həkim qrupunun dəvət edilməsidir.

 

Səadət Bayramovanın sözlərinə görə, tədbirdə kistoz fibroz xəstəliyindən əziyyət çəkən vətəndaşların mövcud vəziyyəti, beynəlxalq təcrübə, yeni müalicə üsulları, həyati vacib dərman preparatları ilə təminatın davamlılığı və yaranan problemlərin həlli yolları müzakirə ediləcək. Tədbir çərçivəsində “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyi tərəfindən dəvət olunmuş pediatr, terapevt və pulmonoloqlara təlim keçiriləcək.

 

Qeyd edək ki, “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyi 5 ildir fəaliyyət göstərir. Qurum kistoz fibrozlu pasiyentlərin hüquqlarını müdafiə etməyi, həmçinin ictimaiyyət arasında bu xəstəliklə bağlı maarifləndirmə işləri aparmağı qarşısına məqsəd qoyub. 

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib