100 illik yubileyini qeyd edən tibb işçisi evində ziyarət olunub
09.11.2022 22:59

Bütün mənalı ömrünü V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna həsr edən Şəfiqə Mahmudovanın 100 yaşı tamam olub.

 

Bu münasibətlə institutun direktoru, professor Adil Allahverdiyev və əməkdaşları Şəfiqə Mahmudovaya baş çəkib, onu doğum günü münasibətilə təbrik ediblər.

 

Görüşdə yubilyarın tibb sahəsindəki xidmətləri xatırlanıb.

 

O, diqqət və qayğıya görə institut rəhbərliyinə təşəkkürünü bildirib.

 

Eyni zamanda, institutun Elmi Şurasının növbəti iclası keçirilib. İclasda Şəfiqə Mahmudovaya müəssisənin fəxri professor adı verilməsi məsələsi müzakirə edilib və yekdilliklə qəbul olunub. Bu fəxri ad müasir cəmiyyətin sosial və intellektual tərəqqisinə töhfə verən insanlara hörmət və minnətdarlıq simvolu olaraq verilir.

 

Qeyd edək ki, Şəfiqə Mahmudova Azərbaycan elminin inkişafına şöhrət qazandıran alimdir. İnstitut tarixində ilk dəfə fəxri professor adına layiq görülüb. Şəfiqə Mahmudova 83 elmi məqalələrin, o cümlədən "İnsan helmintozları" monoqrafiyasının müəllifi və “Malyariya Azərbaycanda” monoqrafiyasının həmmüəllifidir. O, "Səhiyyə əlaçısı" və akademik Skrabinin 100 illiyinə həsr olunmuş medal ilə təltif olunub.
Şəfiqə Mahmudovanın səmərəli fəaliyyəti dövlətimiz tərəfindən də diqqətdən kənarda qalmayıb və o, 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib