Güclü iltihab, mikrob və göbələk əleyhinə xüsusiyyətlərə malik - FEYXOA
09.11.2022 16:50

Feyxoa olduqca faydalı və müalicəvi meyvədir. Feyxoanın faydaları saymaqla bitmir. Feyxoa güclü iltihab, mikrob və göbələk əleyhinə xüsusiyyətlərə malikdir.

 

Aztibb.az bildirir ki, feyxoa immun sisteminin fəaliyyətinə müsbət təsir edir, soyuqdəymə xəstəlikləri riskini azaldır.

 

Bu dadlı və ətirli meyvə bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizədə yardım edir.

 

Feyxoanın təribində olan flavon maddəsi güclü xərçəng əleyhinə təsirə malikdir.

 

Bildiyimiz kimi, yodla zəngin olan feyxoa zob xəstəliyinin  ən yaxşı profilaktikası sayılır və bü xəstəliyin müalicəsində kömək edir.

 

Mütəxəssislər feyxoanı bal və limonla qəbul etməyi tövsiyə edirlər. Sizə tərkibində feyxoa olan olduqca faydalı resepti təqdim edirik:

 

- 500  qr. feyxoa

- 200 qr. bal

- 1 iri limon.

 

Feyxoa yuyulur, qıraqları kəsilir, limonla birlikdə blenderdən keçirilir. Sonra qarışığa bal əlavə olunur, yaxşı qarışdırırlır.

 

Qarışığı soyuducuda saxlayın və gündə 3 dəfə yeməklər arası 1 desert qaşığı (uşaqlar - 1 çay qaşığı) olmaqla qəbul edin.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub