Respublika Klinik Xəstəxanasında Zəfər Gününə və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib
09.11.2022 10:04

Respublika Klinik Xəstəxanasında 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

 

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə bildirilib ki, artıq iki ildir Azərbaycan böyük Qələbə ilə 30 ilə yaxın Qarabağ həsrətinə son qoyub. Bu Qələbə təkcə işğal altında olan torpaqlarımızın azadlığı deyil, həm də Azərbaycan dövlətinin, siyasətinin və Ordusunun gücünün bütün dünyaya isbatı oldu.

 

Qeyd olunub ki, bu il artıq ikinci dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur. Azad edilən torpaqlarımızda Azərbaycanın şanlı bayrağı ucaldılıb.

 

Daha sonra qazilərimiz çıxış edərək müharibə dövründə yaşadıqları hadisələrdən danışıb, onları yenidən həyata qaytaran, bugünkü yaşama səbəbkarları olan həkimlərə minnətdarlıqlarını bildiriblər. Onlar bu zəfəri təkcə əsgərlərin deyil, xalqın gücü, millətin xeyir-duası sayəsində qazandıqlarını vurğulayıblar.

 

Tədbir 44 günlük Vətən müharibəsində gecə-gündüz demədən çalışan həkimlərin çıxışları ilə başa çatıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib