"Kardiologiya və reabilitasiya: nailiyyətlər və perspektivlər" mövzusunda elmi konfrans keçirilib
10.11.2022 10:42

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) və Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş "Kardiologiya və reabilitasiya: nailiyyətlər və perspektivlər" mövzusunda elmi konfrans keçirilib.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə ETKİ-nin direktoru, prof. Gülnaz Dadaşova noyabrın 8-nin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını söyləyib. O, Prezident İlham Əliyevin apardığı siyasət və igid əsgərlərimizin göstərdiyi şücaət nəticəsində 30 illik torpaq həsrətimizə son qoyulduğunu qeyd edib. Gülnaz Dadaşova çıxışında bu qələbənin Azərbaycan üçün yeni dönəmin başlanğıcı olduğunu vurğulayıb.

 

Konfransda, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in Strateji İnkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Türk Kardioloji Dərnəyinin sədri, prof. Vedat Aytekin, Mərkəzi Klinikanın baş həkimi, prof. Kamran Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudov və Respublikanın baş kardioloqu, t. e.d. Yusif Nağıyev çıxış ediblər.

 

Ümumillikdə 4 paneldən ibarət olan tədbirdə 400-ə yaxın həkim iştirak edib. Konfrans Səhiyyə Nazirliyi tərəfindən 16 DTT balı ilə təsdiqlənib.

 

Tədbirə bir sıra tanınmış alimlər, eyni zamanda Türkiyədən alim-professor heyəti qoşulub. Konfransda təqdim olunan məruzələr böyük maraqla qarşılanıb və mövzulara dair çoxsaylı suallar cavablandırılıb.

 

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

 

Qeyd edək ki, iki günlük konfrans çərçivəsində iştirakçılar üçün “Kardiak anatomiya“ və “CPR” kursları da təşkil olunub. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib