Mərkəzi Neftçilər Xəstəxanasının kollektivi Zəfər Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət edib
07.11.2022 16:32

Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov, xəstəxananın Vətən müharibəsində ön cəbhədə iştirak etmiş əməkdaşları - Telman Abbasov, Elşən Mehdiyev və xəstəxana kollektivi Zəfər Günü ərəfəsində İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

 

Anım mərasimi zamanı Musa Abbasov qəhrəman və rəşadətli ordumuzun Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşməndən azad edərək tarixi ədaləti bərpa etdiyini diqqətə çatdırıb. 

 

Direktor Vətən müharibəsində Zəfər qazanılmasında şəhidlərimizin müstəsna xidmətlərini vurğulayaraq, onların xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib.

 

Musa Abbasov qeyd edib ki, Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyəti Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüş bölgələrinə yollanıb, 800-dən çox yaralı üzərində uğurlu cərrahi əməliyyatlar icra ediblər.

 

Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilərək, məzarları üzərinə güllər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib