Sumqayıt Tibb Mərkəzində Zəfər Günü münasibətilə “Yeriniz qəlbimizdir” adı tədbir keçirilib
08.11.2022 01:20

Sumqayıt Tibb Mərkəzində (STM) 8 Noyabr - Zəfər Günü münasibətilə “Yeriniz qəlbimizdir” adı tədbir keçirilib.

 

Sumqayıtda Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, İcbari Tibbi Sıöorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, tibb işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər.

 

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Açılış nitqi ilə çıxış edən Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova bu zəfəri bizə yaşadan Prezident, Ali Baş Komandan İlham Əliyevə və vətənpərvər oğullar yetişdiriklərinə görə şəhid ailələrinə minnətdarlıqlarını bildirib.

 

Direktor Vətən müharibəsi başladığı ilk gündən Sumqayıt Tibb Mərkəzinin hərbi qulluqçularımızın yanında olduğunu, onlarla həkim və orta tibb personalının könüllü olaraq yardım üçün cəbhə bölgəsinə yollandığını diqqətə çatdırıb.

 

Səkinə Sadıxova qeyd edib ki, STM bu ilin ötən dövrü ərzində 2474 şəhid ailəsi, qazi və müharibə iştirakçısına tibbi xidmət göstərib. Onun sözlərinə görə, 2022-ci ilin fevral ayından bu günədək 100 nəfər bu kateqoriyadan olan şəxs Mərkəz tərəfindən işlə təmin edilib. 533 nəfər tibb müəssisələrinə statsionar müalicəyə göndərilib, 198 nəfər isə əməliyyat olunub. Onlardan 103 nəfər qazi və müharibə iştirakçısının bel-oma və diz oynaqlarının əməliyyatları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xətti ilə dövlət və özəl tibb müəssisələrində təşkil edilib: "309 nəfər KT və MRT müayinəsindən keçib, 30 nəfərə böyrək əməliyyatı, 4 nəfərə göz əməliyyatı, 2 nəfərə ginekoloji əməliyyat, 21 nəfərə ürəyin angioqrafiya müayinəsi aparılıb, 120 nəfər isə Bakı şəhər Tibbi Reabilitasiya Mərkəzinə müalicəyə göndərilib”.

 

STM-in direktoru, bununla yanaşı, 400-dən çox şəhid və qazi ailələrinin psixoloji yardım üçün psixoloqların müalicəsinə cəlb olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

 

Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsin nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları dağıdaraq, silahlı qüvvələrini məhv edərək işğal altındakı torpaqlarımızı azad etdi, tarixi qələbə qazandı. Qəhrəman hərbçilərimizin rəşadəti hesabına, şəhidlərimizin canı-qanı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

 

İcra başçısı vurğulayıb ki, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri şəhid ailələri və qazilərin, eləcə də müharibə iştirakçılarının sosial müdafiəsidir.

 

Zakir Fərəcov qeyd edib ki, Sumqayıt şəhərində şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər davam etdirilir. Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb.

 

Tibb işçilərinin fədakarlığından da danışan Zakir Fərəcov onların həm pandemiya ilə mübarizədə, həm də Vətən müharibəsində böyük şücayət göstərdiklərini deyib.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov çıxışında 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs edib. Bildirib ki, təmsil etdiyi agentlik tərəfindən qalibiyyət sevincini bizə yaşadan şəhid və qaz ailələri daim diqqətdə saxlanılır, onların müayinə və müalicələri təşkil edilir.

 

Sonra çıxış edən TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli hər sahədən olan həkimlərin Vətənin çağırışı ilə könüllü olaraq cəbhə bölgəsində xidmət etdiyini bildirib. T.Mirzəbəyli qeyd edib ki, Azərbaycan tibb işçiləri ordusu əsl qəhrəmanlıq və öz peşələrinə sədaqət nümayiş etdirərək yüzlərlə yaralı hərbçimizi həyata qaytarıblar.

 

Vəzifə borcunu yerinə yetirən zaman həkim və tibb işçiləri arasında şəhidlərin olduğunu deyən departament rəhbəri onların xatirəsinin daim əziz tutulacağını vurğulayıb.

 

Tədbirdə Vətən müharibəsində şəhadətə ucalmış qəhrəmanımız Qəzənfər Mütəllimovun anası Minəxanım Mütəllimova çıxış edərək bildirib ki, Vətən üçün tökülən hər damla qan, verilən hər can ərazi bötüvlüyümüzün təmin olunmasına səbəb oldu. O vurğulayıb ki, qəhrəman şəhidlərimiz, qazilərimiz daim xalqımızın qəlbində yaşayacaq.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva çıxışında bildirib ki, işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.


Çıxışlardan sonra tədbir musiqili proqramla davam etdirilib.

 

Sonda tədbirdə fəal iştirak edən şəxslərə Sumqayıt Tibb Mərkəzi adından Fəxri fərmanlar təqdim edilib.

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları   
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır”