Təzyiqi aşağı salan MÖCÜZƏVİ ƏDVİYYATLAR
07.11.2022 12:31

Mütəxəssislər hipertoniyanı "lal qatil" adlandırırlar. Bir çox hallarda yüksək təzyiq özünü heç bir əlamətlə büruzə verməsə də, orqanizmdə ağır pozulmaların inkişafına gətirib çıxardır, insanın həyatını qısaldır.   

 

Son zamanlar bütün dünyada hipertoniya xeyli "cavanlaşıb". Mütəxəssislər bunu qeyri-sağlam qidalanma və həyat tərzi, xroniki streslərin olması ilə izah edirlər.   

 

Bu səbəbdən həkimlər hətta sağlam və cavan insanlara təzyiqi vaxtaşırı olaraq ölçməyi tövsiyə edirlər.

 

Hipertoniya xəstələri daim çalışmalıdır ki, təzyiqin göstəriciləri normaya yaxın olsun ki, yüksək təzyiqin orqanizmə olan öldürücü təsiri azalsın.  

 

Aztibb.az xəbər verir ki, qidalanmada bəzi dəyişikliklər etməklə arterial təzyiqi normallaşdırmaq mümkündür. İlk növbədə duzun qəbulunu azaltmaq və yağlı qidaları məhdudlaşdırmaq lazımdır. Həmçinin normal bədən çəkisi də çox vacibdir.

 

Mütəxəssislər qeyd edirlər ki, sarıkök və zəfərandan müntəzəm istifadə edən insanlarda təzyiqin göstəriciləri daha yaxşı olur. Bu 2 ədviyyat damarların sağlamlığını qoruyur və orqanizmə güclü antioksidant təsir edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub