İSİM tərəfindən internat məktəblərində maarifləndirici tədbirlər təşkil olunur
06.11.2022 10:02

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri tərəfindən 25 oktyabr-3 noyabr tarixlərdə Bakı və Sumqayıt şəhərlərindəki internat məktəblərində sağlam həyat tərizinin təbliği üzrə maarifləndirici tədbirlər keçirilib.

 

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli Tam orta internat məktəbi, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli Ümumi orta internat məktəbi, sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli Xüsusi internat məktəbi, sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 və 5 nömrəli Respublika Xüsusi internat məktəbi, E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbi, 8 və 10 nömrəli Sanatoriya tipli internat məktəbi, E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi internat məktəbi, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi, Sumqayıt şəhər internat tipli gimnaziya və M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya şagirdləri zərərli vərdişlərə qarşı, qurd xəstəlikləri, sağlam qidalanma, ağız boşluğunun gigiyenası, kobud davranış və digər mövzular üzrə faydalı məlumatlar, tövsiyələr əldə ediblər.

 

“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı təşkil olunan tədbirlərdə İSİM-in mütəxəssisləri Ülkər Camalova, Lətafət Dadaşova, Zümrüd Kazımova, Pərvin Quliyeva və Gülnarə Cəfərova geniş təqdimatla çıxış edərək, iştirakçılara sağlamlığın qorunması istiqamətində ətraflı məlumat veriblər.

 

Tədbirlərin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilmiş maarifləndirici materiallar təqdim olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib