“Sidik yolları infeksiyalarının diaqnostikası və müalicəsinə kompleks yanaşma” adlı konfrans keçiriləcək
08.11.2022 15:52

11 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Nəsil Qrup MMC və Ascent MMC şirkətlərinin birgə təşkilatçılığı ilə “Sidik yolları infeksiyalarının diaqnostikası və müalicəsinə kompleks yanaşma” mövzusunda elmi konfrans keçiriləcək.

 

Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, tədbir zamanı yüksəkixtisaslı mütəxəssislər tərəfindən sidik yolları infeksiyalarının diaqnostika və müalicəsi ilə bağlı tibbin ən son yeniliklərini özündə əks etdirən məruzələr təqdim ediləcək, sual-cavab və müzakirələr təşkil ediləcək.

 

Konfrans proqrama uyğun olaraq laborant, virusoloq, mikrobioloq, uroloq, infeksionist, uşaq cərrahı, histomorfoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulub.

 

Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 6 DTT balı və sertifikat veriləcək.

Tədbir əyani olaraq saat 13:30-dan 18:00-dək Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq "ZOOM" platforması üzərindən həyata keçiriləcək.

 

Konfransda əyani iştirak yalnız dəvət əsasında ödənişsizdir, distant iştirak üçün ödəniş isə 20 AZN təşkil edir.

 

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!

 

Proqramla tanış olmaq üçün linkə keçid edə biləriniz: https://customshospital.az/11-noyabr-sidik-yollari-infeksiyalarnin-diaqnostikasi-ve-mualicesine-kompleks-yanasma-movzusunda-elmi-konfrans/#gsc.tab=0 

 

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/odrc6pQhvqd1rFPb6 

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib