Zəfər Gününə həsr olunmuş “Breyn rinq” intellektual oyununun final mərhələsi baş tutub
06.11.2022 10:29

Noyabrın 4-də Dövlət Gömrük Komitəsinin əməkdaşları arasında Zəfər Gününə həsr olunmuş “Breyn rinq” intellektual oyununun final mərhələsi keçirilib.

 

Bu barədə Aztibb.az-a Gömrük Hospitalından məlumat  verilib.

 

Gömrük əməkdaşlarının fərdi inkişafı, məntiqi təfəkkürlərinin nümayiş etdirilməsi və komanda ruhunun möhkəmləndirilməsi məqsədilə təşkil edilən intellektual oyunda Komitə aparatının struktur bölmələri və Komitə sisteminə daxil olan qurumların nümayəndələrinin təmsil olunduğu 34 komanda iştirak edib.

 

Gərgin mübarizə şəraitində davam edən yarışların final mərhələsi 11 komandanın iştirakı ilə keçirilib.

 

Bakı Baş Gömrük İdarəsinin “Kapitan” komandası ən yaxşı nəticə nümayiş etdirərək 1-ci yerə layiq görülüb. 2-ci və 3-cü yerləri Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Enerji”, Tibbi Xidmət İdarəsinin “Hippokrat” komandaları bölüşüblər. Qalib komandalar mükafatlandırılıb və sertifikatlarla təltif olunublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib