Reabilitasiya müəssisələri arasında Zəfər Gününə həsr olunan yarışlar keçirilib
06.11.2022 10:25

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən agentliyin reabilitasiya müəssisələri arasında Zəfər Gününə həsr olunan yarışlar təşkil olunub.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yarışlarda reabilitasiya müəssisələrində bərpa müalicə kursu keçən əlilliyi olan şəxslər iştirak ediblər. Onlar voleybol, marafon qaçışı, şahmat, stolüstü tennis və motorika bacarıqları üzrə yarışıblar.

 

Məqsəd əlilliyi olan şəxslər arasında idmanın təbliği və idman vasitəsilə də onların sosial inteqrasiyasına dəstək verilməsdir.


Yarışlarda ümumilikdə əlilliyi olan 32 şəxs iştirak edib. Sonda qaliblər mükafatlandırılıb, bütün iştirakçılara sertifikatlar təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib