Rektor Gəray Gəraybəyli şəhid ailəsinin üzvü olan ATU əməkdaşları ilə görüşüb
05.11.2022 16:53

Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi ilə müəssisənin Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri olan əməkdaşları arasında görüş keçirilib.

 

Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli Zəfər Günü ərəfəsində hər kəsin ikili hisslər keçirdiyini, həm sonsuz qürur, həm də şəhidlərimiz üçün kədərləndiyini bildirib. O, ATU-nun məzunları arasında 18 şəhidin olduğunu qeyd edərək onların xatirəsinin daim qəlblərimizdə yaşayacağını deyib.

 

Rektor qeyd edib ki, 30 ildir həsrətində olduğumuz torpaqlarımız məhz bu gənclərin şücaəti, yenilməzliyi sayəsində azad olunub. Ali Baş Komandan, Prezident İlham Əliyevin illərdir apardığı müdrik siyasət nəticəsində yetişən bu vətənpərvər nəslin nümayəndələri xalqın azadlı naminə öz canlarını fəda veriblər.

 

Professor Gəray Gəraybəyli universitet əməkdaşları arasında şəhid ailəsi üzvlərinin daim rəhbərliyin diqqət mərəzində olduğunu, onların sosial problemlərinin həllinə yardım göstərməyə hazır olduqlarını bildirib.

 

Qeyd edək ki, görüşdə hər iki Qarabağ müharibəsinin şəhidlərinin ailə üzvləri və universitetin prorektorları iştirak ediblər.

 

Sonda şəhid ailə üzvlərinə ATU rəhbərliyi adından hədiyyələr təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib